Modern.az

İki evdən 13 min manatlıq qızıl oğurlandı

İki evdən 13 min manatlıq qızıl oğurlandı

Aktual

6 May 2022, 13:38

Abşeronda evlərdən oğurluqda təqsirləndirilərək tutulan şəxsin daha iki evdən oğurluq etdiyinin üstü açılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş T.Baloğlanovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun daha iki evdən 13400 manat dəyərində qızıl-zinət əşyaları, 640 manat pul, noutbuk və videokamera oğurlaması da müəyyən olunub.

 

Araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir