Modern.az

Naxçıvan təyyarəsi tufana görə geri qayıtdı

Naxçıvan təyyarəsi tufana görə geri qayıtdı

Aktual

6 May 2022, 19:13

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

 

Bu barədə Modern.az-a “Azərbaycan Hava Yolları”ndan məlumat verilib.

 

Bildirilib ki, təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı