Modern.az

Salyanda mağaza, Beyləqanda maşın YANDI

Salyanda mağaza, Beyləqanda maşın YANDI

Aktual

7 May 2022, 09:28

Salyan rayonunun Çuxanlı kəndində ümumi sahəsi 18 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar 10 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az verilən məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Beyləqan şəhərində isə "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və qismən arxa buferi yanıb.

 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı