Modern.az

Zelenskinin paltarı 110 min dollara satıldı - FOTO

Zelenskinin paltarı 110 min dollara satıldı - FOTO

Aktual

7 May 2022, 10:16

Ukrayna Prezidenti Volodimir Zelenskinin gödəkçəsi Londonda 110 min dollara satılıb. 

Modern.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Bildirilib ki, prezidentin geyimi mayın 5-də hərraca çıxarılıb. İlkin qiymət 61 000 dollar müəyyən edilib. Yekunda Zelenskinin geyimi 110 min dollara alınıb.

Qeyd edilib ki, vəsait Ukraynaya humanitar yardım məqsdilə istifadə olunacaq.

Sizə yeni x var
Keçid et
İranla Türkiyədən Bakıya eyni anda hücum - ŞOK XƏBƏRDARLIQ!