Modern.az

Heydər Əliyev Azərbaycanın möhkəm bir dövlət olmasının əsasını qoydu

Heydər Əliyev Azərbaycanın möhkəm bir dövlət olmasının əsasını qoydu

Aktual

7 May 2022, 15:55

Mayın 6-da Bakı Şəhər Mədəniyyət Baş idarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Əbədi yaşar lider ” adlı tədbir təşkil edilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev, deputat Aydın Hüseynov, Qaradağ rayon icra başçısının müavini Təranə İsmayılova, musiqi məktəblərinin, mədəniyyət evlərinin direktorları və Qaradağ rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimindən sonra ümummilli liderə həsr edilmiş "Heydər Əliyev-Müstəqil Azərbaycanın memarı" adlı video çarxın nümayişi ilə başladılıb.

 

Tədbirdə çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev bildirib ki, Heydər Əliyev Mərkəzini ekskursiya edərkən Heydər Əliyev Fondunda işlədiyi zaman xüsusi diqqətlə yerləşdirdiyi əşyalar, geyimlər gözündə canlanıb. İ. Əliyev eksponatlardakı şəkillərin canlı şahidi olduğunu söyləyib.

 

Qaradağ rayon Heydər Əliyev Mərkəzinin rəhbəri Leyla Nəcəfova isə ulu öndərin keçdiyi həyat yolundan, Azərbaycan xalqının tarixində gördüyü misilsiz xidmətlərdən danışıb. 

 

Milli Məclisin deputatı Aydın Hüseynov isə çıxışında Heydər Əliyevin həyatı, onun Azərbaycan xalqının taleyində oynadığı mühüm hadisələrlə bağlı fikirlərini çatdırıb. Deputat qeyd edib ki, ulu öndər hələ birinci dəfə hakimiyyətdə olduğu dövrdə Aərbaycanın bütün istiqamətlərdə inkişafına nail ola bilib:

"Əgər o dövrlərdə Azərbaycan aqrar ölkə kimi tanınırdısa, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan sənaye ölkəsinə çevrildi. Ən nəhayətində deyə bilərik ki, ümummilli lider müstəqil Azərbaycan dövlətinin  inkişafını, möhkəm bir dövlət olmasının əsasını qoyub".

 

Qaradağ rayon icra başçısının müavini Təranə İsmayılova da Heydər Əliyev haqqında öz fikirlərini bildirərək, ulu öndərin Azərbaycan qadınlarının ictimai-siyasi həyatda aktivliyinə çox önəm verdiyini xüsusi vurğulayıb. 

 

Tədbirin bədii hissəsində ulu öndərin sevdiyi, özünün də zümzümə etdiyi musiqilərdən ibarət qısa video çarx nümayiş etdirilib. Daha sonra "Muğam" müsabiqəsinin qalibi Səbinə Ərəbli, xanəndə Vətən müharibəsi qazisi  Əvazxan Əzizov və xanəndə Gülyaz Həsənzadə musiqi nömrələri ilə çıxış ediblər, 166 saylı tam orta məktəbin şagirdi Səma Əliyeva "Qalibiyyət dastanı" şeiri səsləndirib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı