Modern.az

700 milyon dollarlıq yaxta müsadirə edilib

700 milyon dollarlıq yaxta müsadirə edilib

Aktual

7 May 2022, 14:54

İtaliya hökuməti Rusiyaya məxsus “Scheherazade” adlı yaxtaya həbs qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın İqtisadiyyat və Maliyyə Nazirliyi açıqlama yayıb.

 

Qərara əsasən, Karara limanında lövbər salan “Scheherazade” adlı yaxta maliyyə polisi tərəfindən müsadirə olunub. Nazirlik lüks yaxtanın kimə aid olduğu açıqlamayıb.

 

Yerli mətbuat yaxtanın Rusiya hökumətinin məşhur şəxsləri ilə əlaqəsi olduğunu bildirib.

 

Qeyd edək ki, 140 metrlik lüks yaxtanın dəyərinin 700 milyon dollar civarında olduğu müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı