Modern.az

İranda 270 nəfər koronavirusa yoluxdu

İranda 270 nəfər koronavirusa yoluxdu

Aktual

7 May 2022, 15:24

İranda ötən sutka ərzində 270 nəfər koronavirusa yoluxub, 8 nəfər dünyasını dəyişib.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən bildirilib.

 

Bununla da İranda virusdan ölənlərin sayı 141 165, yoluxanların sayı isə 7 234 701 nəfərə çatıb. Virus daşıyıcılarından 916 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Qonşu ölkədə indiyədək 7 002 258 nəfər koronavirusdan sağalıb, 51,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda 149 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,1 milyon təşkil edir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı