Son günlər sosial şəbəkələrdə təbii qaz sərfiyyatının bildirişlərinin vaxtında verilməməsi kimi paylaşımlara rast gəlinir. Həmçinin abonentlərə "ASAN Kommunal" mərkəzlərinə yaxınlaşaraq sərfiyyatları haqqında məlumat ala bilmələri haqqında paylaşımlar olunur.
Modern.az "Azəriqaz" İstehsalat Birliyinə istinadla xəbər verir ki, cari ilin aprel ayından Birlik yeniliyə start verib.
Sonradan ödənişli (mexaniki tipli) sayğac və əvvəldən ödənişli (smart-kart tipli) sayğac istifadə edən abonentlər onlara lazım olan bir sıra mühüm məlumatları Birliyin 104/185 Çağrı mərkəzinə zəng etmədən, özləri də əldə edə bilirlər.
Daha ətraflı videomaterialdan izləyə bilərsiniz: