Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.
İndiyədək ölkədə 792 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 849 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. Aktiv xəstə sayı 60 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2841, bu günə qədər isə ümumilikdə 6 832 323 test icra olunub.
