Modern.az

Rusiyanın daha bir desant gəmisi vuruldu - VİDEO

Rusiyanın daha bir desant gəmisi vuruldu - VİDEO

Aktual

7 May 2022, 17:12

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə Rusiyanın daha bir desant gəmisini məhv edib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, "Serna" tipli gəmi İlan adası sahillərində "Bayraktar TB2" pilotsuz uçuş aparatı vasitəsilə vurulub. Onun içərisində olan 45 tonluq hərbi texnika və canlı qüvvəni boşaltmaq üçün adaya yan aldığı vurğulanıb.

 

Qeyd edək ki, bu il mayın 9-da İlan adası sahillərində Rusiyanın Qara Dəniz Donanmasının ənənəvi paradının keçirilməsi planlaşdırılır.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı