Modern.az

“Taliban”dan qadınlarla geyim QADAĞASI

“Taliban”dan qadınlarla geyim QADAĞASI

Aktual

7 May 2022, 17:42

"Taliban" hökuməti yetkinlik yaşına çatan qızlara geyim qadağası qoyub.

 

Modern.az xəbər verir ki, yeni tətbiq olunmuş qaydalara əsasən, qadınlar bədənlərini tamamilə örtən qara çadra geyinməlidirlər. 

 

Qaydalara əməl etməyənlərin əvvəlcə ailə başçılarına xəbərdarlıq ediləcək. Xəbərdarlığa məhəl qoyulmasa, ailə başçısı 3 sutka həbs olunacaq. Bununla belə, eyni hal təkrar edilsə, xanımlar məhkəmə qarşısına çıxarılacaq. 

 

Bundan başqa, dövlət idarələrində çalışan qadınlar örtünməsə, onlar dərhal işdən çıxarılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?