Modern.az

“AzerGold”a yeni vəzifələr TAPŞIRILDI

“AzerGold”a yeni vəzifələr TAPŞIRILDI

Aktual

7 May 2022, 19:34

“AzerGold” QSC-yə yeni vəzifələr həvalə olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə qeyd olunub.

 

Beləliklə, “AzerGold” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə 2022– 2024-cü illərdə Gəncəçay-Kürəkçay sahəsində (Çıraqlı-Zurnabad-Buzluq-Başqılaq) və Gədəbəy rayonu ərazisində (Qaradağ-XarxarCəyirçay sahələrində), 2022-2023-cü illərdə Göygöl rayonu ərazisində (Tülallar-Həsənlər sahəsi) axtarış işlərinin aparılmasını təmin etməlidir.

 

Bundan əlavə, “AzerGold” QSC-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə 2022-2023-cü illərdə Daşkəsən dəmir qrupu yataqlarının ehtiyatlarının yenidən qiymətləndirilməsi və kəşfiyyat işlərinin aparılması, 2022-2024-cü illrədə Balakən-Zaqatala rayonlarında (Filizçay, Mazımçay və Katex sahələrində) geoloji axtarış və kəşfiyyat işlərinin aparılması, 2022-2024-cü illərdə isə Naxçıvan MR-də Göydağ-Ortakənd və Kükü-Zrnel və Ləkyətaq sahələrində geoloji axtarış və kəşfiyyat işlərinin aparılması həvalə olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı