Kubanın paytaxtı Havana şəhərində yerləşən "Saratoqa" otelində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə Kuba Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı ölənlərin sayı 32 nəfərə çatıb. Partlayış nəticəsində xəsarət alan 45 nəfərin müalicəsi davam etdirilir. Bundan başqa, 19 nəfərin axtarışları aparılır.
Bundan əvvəl hadisə zamanı həlak olanların sayının 22 nəfər olduğu bildirilmişdi.
Qeyd edək ki, məşhur “Saratoga” oteli 1880-ci ildə tikilib, 2005-ci ildə təmir olunub. Neoklassik üslubda olan otel uzun illər dövlət məmurlarını və məşhurları qonaq edib.