Bura vaxtilə dünyanın ən qorxunc ibadətgahlarından olub. Yer üzünün qorxunc ibadətgah muzeylərindən sayılan Sümüklü Sedleç kilsəsi ora təşrif buyuran turistlər tərəfindən də “qorxulu məbəd” adlandırılır.
Modern.az xarici KİV-ə istinadla bildirir ki, Çexiyanın paytaxtı Praqada yerləşən muzeyin içərisi ölmüş insanların sümükləri ilə dizayn edilib.
"Sümüklü Sedleç" adrenalin həvəskarları olan turistlər üçün əsas səyahət marşrutlarının önündə dayanır.
Məlumata görə, kilsənin dizaynında 50 min insanın onurğa, kəllə, aşağı və yuxarı ətraf sümüklərindən istifadə edilib. Praqanın 75 kilometrliyində yerləşən bu katolik kilsəsinin 12-13-cü əsrlərdə inşa edildiyi bildirilir. Hətta kilsənin əsas xaçı, şamdanlar, divardakı naxışlar da insan sümüyündən hazırlanıb.
Buradakı sümüklərin “xaç uğrunda” döyüşlərdə öldürülən katolik xristianlara aid olduğu deyilir.


