Telkari (filiqran) gümüş tel işləmə, incə sənətkarlıq sənəti mənasında işlədilir. Yəni incə tel halındakı gümüşün burulması nəticəsində yaranan kiçik motivlərin birləşməsidir. Tamamilə əl işi olan bu sənət daha çox zərgərlik və aksesuarlarda istifadə olunur.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, arxeoloji qazıntılardan əldə edilən tapıntılara görə, filiqram texnikasından eramızdan əvvəl 3000-ci ildən Mesopotamiyada, eramızdan əvvəl 2500-cü ildən Anadoluda istifadə olunub.
Telkarinin əsas mərkəzinin 12-ci əsrdə Mosul olduğu və bu sənətin Mosuldan Suriyaya, oradan da Anadoluya keçdiyi iddia edilir.
On beşinci əsrdən başlayaraq türklər arasında, xüsusən də Cənub-Şərqi Anadoluda telkari sənətinin geniş yayıldığı vurğulanır.
Hazırda telkari sənətinin ən gözəl nümunələrini Mardin vilayətinin Midyat qəsəbəsində görmək mümkündür.
Bundan əlavə, Ankaranın Beypazarı qəsəbəsi və Trabzon da bu sənətin yaşadıldığı mərkəzlərdən sayılır. Əsrlər boyu davam edən sənət təəssüf ki, yeni ustalar yetişməməsi səbəbindən unudulmaq təhlükəsi ilə qarşı-qarşıyadır.