Modern.az

Məşhur brenddən kriptovalyuta qərarı: ödənişlər belə alınacaq

Məşhur brenddən kriptovalyuta qərarı: ödənişlər belə alınacaq

Aktual

8 May 2022, 08:59

İtaliyanın moda nəhəngi “Gucci” şirkəti ABŞ-dakı mağazalarda ödənişləri kriptovalyuta ilə qəbul etməyə başlayacağını açıqlayıb.

 

Modern.az xəbər verir ki, lüks geyim sənayesinin rəqəmsal bazarlara marağının artdığı vaxtda “Gucci” moda evi Nyu-York, Los-Anceles, Mayami, Atlanta və Las-Veqasdakı bəzi mağazalarının may ayının sonundan etibarən məhsullara görə ödənişləri kriptovalyuta ilə qəbul edəcəyini bildirib. Kriptovalyuta ilə alış-veriş yay fəslinin sonuna kimi Şimali Amerikadakı bütün mağazalarda mümkün olacaq.

 

Şirkət “Bitcoin”, “Bitcoin Cash”, “Ether”, “Dogecoin” və “Shiba” daxil olmaqla ümumilikdə 10 kriptovalyutanı qəbul edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı