Modern.az

Bakıda yanğın: 1 nəfər zəhərləndi

Bakıda yanğın: 1 nəfər zəhərləndi

Aktual

8 May 2022, 09:37

Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzildə yanğın baş verib.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, mətbəxdə paltaryuyan maşın, qaz sobası və mebel 1 p.m yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə qarsalanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfər halsız vəziyyətdə yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar