Modern.az

Türkiyədə qar yolları iflic etdi

Türkiyədə qar yolları iflic etdi

Aktual

8 May 2022, 10:47

Türkiyənin müxtəlif bölgələrində qeyri-sabit hava şəraiti davam edir. Qar, sel, daşqınlar səbəbindən bir sıra yerlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

 

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, yağan qar və yolların buz bağlaması Van-Hakkari avtomobil yolunda nəqliyyatın hərəkətini çətinləşdirib. Yolun bağlanması səbəbindən çox sayda nəqliyyat vasitəsi bölgədə hərəkətsiz qalıb.

 

Kastamonuda isə güclü yağış sel və daşqınlara səbəb olub. Çatalzeytin, İnebolu, Bozkurt və Küre səmtlərində ümumilikdə ən azı 15 müvəqqəti istifadə olunan körpüyə zərər dəyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı