Modern.az

Rusiyaya qarşı sanksiya rekordu - 8 ildə 10 mindən çox...

Rusiyaya qarşı sanksiya rekordu - 8 ildə 10 mindən çox...

Aktual

8 May 2022, 11:24

"İnanmaq elə də çətin deyil, hər şey ortadadır. 2014-cü ildən bəri Rusiyaya qarşı 10 128 sanksiya tətbiq olunub. Məncə, bu say hər şeyi ifadə edir".

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

 

Spiker vurğulayıb ki, Rusiyaya tətbiq edilən sanksiyalar indiyədək başqa dövlətlərə qarşı sanksiyalardan daha çoxdur.

 

Volodinin fikrincə, bu çağırışlar Rusiyanı daha da güclü edəcək. O, həmçinin qeyd edib ki, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı sanksiyalara yalnız Üçüncü Dünya müharibəsinin alternativ ola biləcəyinə inanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı