Modern.az

İki ölkə arasında raket qalmaqalı

İki ölkə arasında raket qalmaqalı

Aktual

8 May 2022, 12:02

Yaponiya mayın 7-də keçirilən növbəti raket sınağına görə Şimali Koreyaya etirazını bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın sualtı bazadan ballistik raket buraxılışını sınaqdan keçirdiyini bildirib.

 

Raket Yapon dənizində Yaponiyaya məxsus iqtisadi zonanın kənarında dənizə düşüb.

 

Raket Şimali Koreyanın şərq sahillərindən yerli vaxtla saat 14:06-da buraxılıb və şərq istiqamətində hərəkət edib. Onun təqribən 50 kilometr hündürlükdə uçduğu və 600 kilometr məsafəni qət etdiyi qeyd olunub.

 

Yaponiyanın müdafiə naziri Kişi Nabuo deyib ki, bu, cari ildə Şimali Koreyanın sayca 14-cü raket sınağıdır. Nazir, həmçinin Yaponiyanın sınaqla bağlı Şimali Koreyaya etiraz etdiyini və bunun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini pozduğunu bildirib.

 

K.Nabuo, eyni zamanda, qeyd edib ki, nazirlik tərəfindən aparılan təhlilə əsasən Şimali Koreyanın cari ayda nüvə sınağını başa çatdıracağını təsdiq edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı