Modern.az

İlon Mask məhkəməyə verildi

İlon Mask məhkəməyə verildi

Aktual

8 May 2022, 12:12

Florida ştatının Orlando şəhər polisinin Pensiya Fondu amerikalı iş adamı İlon Maskı “Twitter”i 44 milyard dollara aldığına görə məhkəməyə verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  Fond sosial şəbəkənin səhmdarlarından biridir.

 

İddiaçı tərəf təkid edir ki, ştat qanunlarına əsasən, əgər digər səhmdarların üçdə ikisi alqı-satqı faktını təsdiqləməsə, Mask 2025-ci ilə qədər “Twitter”in əldə olunması üzrə müqaviləsini yekunlaşdıra bilməz.

 

Məhkəmə sənədlərinə əsasən, iş adamı “Twitter” səhmlərinin 9%-dən çoxunu əldə etdikdən sonra “maraqlı səhmdar” statusu alıb və bu, sövdələşmənin təxirə salınmasını zəruri edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı