Modern.az

Ukrayna təyyarələri vuruldu

Ukrayna təyyarələri vuruldu

Aktual

8 May 2022, 12:36

Ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri Zmeynı adasında Ukraynanın daha iki Su-24 bombardmançı təyyarəsini və bir Mi-24 helikopterini vutub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

 

Onun sözlərinə görə, Odessa yaxınlığında "Bayraktar TB2" pilotsuz uçuş aparatı da vurulub.

 

"Ümumilikdə, sutka ərzində ərazidə dörd Ukrayna təyyarəsi, cümlədən göyərtəsində desant qoşunları olan dörd helikopter, üç "Bayraktar TB2" pilotsuz uçuş aparatı və Ukrayna Hərbi Dəniz Qüvvələrinin bir desant-hücum kateri məhv edilib", - deyə rusiyalı general qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı