Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Sergey Baqratyanın oğlu, 27 yaşlı Şant Baqratyan barəsində axtarış elan olunub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Shamshyan.com saytı məlumat yayıb.
Məlumata görə, aprelin 2-də saat 17:30-18:00 radələrində naməlum şəxslər Vayots Dzorda yerləşən “Tamsar” yanacaqdoldurma məntəqəsinin direktoru Vahe Asatryanın ofisinə daxil olaraq, onu döyməyə başlayıblar.
Hücum edənlərdən biri 27 yaşlı Baqratyan direktoru metal dəyənəklə vurub. Faktla bağlı cinayət işi başlanıb.