Modern.az

İranda koronavirusla bağlı son durum

İranda koronavirusla bağlı son durum

Aktual

8 May 2022, 15:21

İranda ötən sutka ərzində 488 nəfər koronavirusa yoluxub, 12 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

 

İranda virusdan ölənlərin sayı 141 177, yoluxanların sayı isə 7,23 milyon nəfərə çatıb. Virus daşıyıcılarından 896 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

İranda indiyədək 7 milyondan çox şəxs koronavirusdan sağalıb, 51,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

 

Ümumilikdə, İranda 149 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,1 milyon təşkil edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!