Modern.az

Baydenin xanımı Ukraynaya gizli səfər edib

Baydenin xanımı Ukraynaya gizli səfər edib

Aktual

8 May 2022, 17:22

ABŞ Prezidenti Co Baydenin xanımı Cill Bayden Avropaya səfəri çərçivəsində Ukraynada olub.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, Ukraynaya gizli səfər edən Cill Bayden Ujqorod şəhərində Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

 

Görüş mümkün qədər məxfi saxlanılıb və mətbuat üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.

 

ABŞ-ın birinci xanımı və Y.Zelenski Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər.

 

Ukraynada cəmi 2 saat olan Cill Bayden Slovakiyaya gedib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı