İranın Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində saxta spirtli içkidən zəhərlənən 75 nəfərdən 10-u həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Hörmüzqan Səhiyyə Elmləri Universitetinin sözçüsü Fatma Nevruziyan bildirib.
Onun sözlərinə görə, Bəndər Abbas şəhərində saxta spirtdən zəhərlənən 75 nəfər xəstəxanalara müraciət edib. Xəstələrdən 10-u həyatını itirib.
Ölənlərdən biri qadındır, dörd nəfərin vəziyyəti ağır qiymətləndirilir.