Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 630 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 862 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 59 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2493, bu günə qədər isə ümumilikdə 6 834 816 test icra olunub.
