Modern.az

Məmmədyarovdan növbəti heç-heçə

Məmmədyarovdan növbəti heç-heçə

Aktual

8 May 2022, 19:10

Şahnatçımız Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarest şəhərində "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın dördüncü turunda ağ fiqurlarla Boqdan Danyel-Dayakla (Rumıniya) üz-üzə gəlib.

 

Tərəflər 40-cı gedişdə sülhə razılaşıblar.

 

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı