Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turuna start verilib.
Modern.az xəbər verir ki, açılış oyununda "Sabah" klubu səfərdə "Səbail"lə qarşılaşıb.
"ASCO Arena"dakı oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Sabah" bu qələbədən sonra xallarını 39-a çatdırıb və 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, günün digər oyununda "Qarabağ" "Zirə"ni qəbul edəcək. Tura mayın 9-da keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Sumqayıt" - "Neftçi" matçları ilə yekun vurulacaq.