Modern.az

İstanbul derbisində qalib olmadı

İstanbul derbisində qalib olmadı

Aktual

9 May 2022, 00:47

Türkiyə Super Liqasının 36-cı turu çərçivəsində “Beşiktaş” - “Fənərbağça” derbisi baş tutub.

 

Modern.az xəbər verir ki, “Vodafone Park” arenada keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Prinsipial görüşdə hesabı “Fənərbağa” klubunun çexiyalı müdafiəçisi Filip Novak açıb. Matçın 31-ci dəqiqəsində “Beşiktaş” penalti qazanıb. Rəşid Ghezzal 11 metrlik zərbəni dəqiq vuraraq hesabı bərabərləşdirib.

 

Bu görüşdən sonra "Fənərbağça" 69 xalla turnir cədvəlinin ikinci pilləsində, "Beşiktaş" isə 55 xalla 7-ci yerdə qərarlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı