Moskvada keçirilən Qələbə paradının hava nümayişləri ləğv edilib.
Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Belə qərar hava şəraitinə görə verilib. Ona görə də paradın hava hissəsi ləğv edilib”, - Peskov yerli mediaya açıqlamasında deyib.
Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvanın Qızıl Meydanında faşizm üzərində qələbənin 77 illiyinə həsr olunan parad keçirilir. Paradda Rusiya Prezidenti Vladimir Putin, ölkənin hərbi rəhbərliyi və digər vəzifəli şəxslər iştirak edirlər.