Ağdam Rayon Polis Şöbəsinə mayın 6-na keçən gecə Zəngişalı, Əhmədağalı və Qərvənd kəndləri ərazisində yerləşən qəbristanlıqlarda bir neçə məzarın üzərindən güldanların oğurlanması barədə müraciətlər daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar Ceyhun Quliyev və Şamil Mehdiyev müəyyən olunaraq saxlanılıblar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların Əfətli və Zəngişalı kəndləri ərazisində yerləşən qəbristanlıqlarda daha 4 məzarın üzərindən güldan oğurlaması da müəyyən edilib.
Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.