Modern.az

Ötən sutka heç kimə vaksin vurulmayıb

Ötən sutka heç kimə vaksin vurulmayıb

Aktual

9 May 2022, 16:40

Azərbaycanda son sutkada heç kim koronavirus əleyhinə vaksinasiya olunmayıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 669 883 təşkil edir.

 

Belə ki, birinci doza peyvəndlərin ümumi sayı 5 341 971, ikinci doza vaksinlərin sayı 4 842 230 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 244 010, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 241 672 olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı