Modern.az

"Azəriqaz" Göygöldə sahibkarlarla görüş keçirəcək

Aktual

10 May 2022, 09:56

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü sabah Göygöl rayonunda təşkil olunacaq.

 

Modern.az "Azəriqaz"a istinadən xəbər verir ki, qurumun rəhbər şəxsləri Göygöl şəhəri, Hummel küçəsi, Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 

“Səyyar qəbul otağı” saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!