Modern.az

Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılır

Ukraynalı miqrantların Azərbaycanda qalma müddəti uzadılır

Aktual

10 May 2022, 12:56

Azərbaycandakı ukraynalı miqrantların qalma müddəti bitəndən sonra onların ölkədə saxlanılması üçün lazımi tədbirlər görüləcək.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

 

V.Hüseynov qeyd edib ki, həmin şəxslərin ölkədə qalma müddəti mayın 24-də başa çatır:

 

"Fevralın 24-dən hesablasaq, Azərbaycanda olan ukraynalı miqrantların ölkədə qalma müddəti bu il mayın 24-də başa çatır. Amma həmin müddətdən sonra da onların Azərbaycanda qalmasına şərait yaradılacaq. Bununla bağlı lazımi tədbirlər görüləcək".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!