Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfərə gedib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Prezident Tokayevi paytaxt Ankarada Türkiyənin vitse-prezidenti Fuat Oktay, Ankara valisi Vasip Şahin və bir sıra digər rəsmi şəxslər qarşılayıb.
Səfər zamanı Tokayev Türkiyə Prezidenti ilə ikitərəfli və geniş tərkibli görüşlər keçirəcək.