Modern.az

Paşinyan Niderlanda gedir

Paşinyan Niderlanda gedir

Aktual

10 May 2022, 14:46

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 10-11-də Niderland Krallığına ikigünlük rəsmi səfər edəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
 

Nikol Paşinyan səfər çərçivəsində Niderland Krallığının Baş naziri Mark Rutte, Niderland Senatının sədri Yan Antoni Braun və Nümayəndələr Palatasının sədri Vera Berqkampla görüşəcək. Baş nazirin Niderlandın işgüzar dairələrinin nümayəndələri ilə də görüşü nəzərdə tutulub.
 

Səfər çərçivəsində Nikol Paşinyan “Araratın kölgəsi altında: Qədim Ermənistanın xəzinələri” adlı sərginin rəsmi açılış mərasimində iştirak edəcək. Baş nazir həmçinin Sülh Sarayında Ermənistanın beynəlxalq sülhün bərqərar olmasına töhfəsini simvolizə edən erməni xaçkarının ucaldılması mərasimində iştirak edəcək.
 

Nikol Paşinyan həmçinin, Niderland Beynəlxalq Münasibətlər İnstitutuna baş çəkəcək. Ermənistanın baş naziri Niderland Beynəlxalq Münasibətlər İnstitutunda “Ermənistan və Niderland. Əbədi dostluq, 30 illik əməkdaşlıq” adlı tədbirə qatılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı