Modern.az

Rusiyada dörd qubernator İSTEFA VERDİ

Rusiyada dörd qubernator İSTEFA VERDİ

Aktual

10 May 2022, 17:50

Rusiyanın Mari El Respublikasının rəhbəri Aleksandr Evstifeev vəzifəsindən getmək qərarını bəyan edib.


"Mari El Respublikasının rəhbəri kimi səlahiyyət müddətimin başa çatması ilə əlaqədar istefamı qəbul etmək xahişi ilə Rusiya prezidentinə müraciət etdim", - Evstifeev Telegram kanalında yazıb.
 

Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, Aleksandr Evstifeev 2017-ci ilin aprelində Mari El-in rəhbəri təyin edilmişdi.
 

Daha əvvəl Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin, Kirov vilayətinin başçısı İqor Vasilyev və onların Saratov vilayətindən olan həmkarı Valeri Radayev də oxşar qərarları açıqlayıblar.
 

Bundan öncə, Ryazan vilayətinin rəhbəri Nikolay Lyubimov yeni qubernator seçkilərində iştirak etməyi planlaşdırmadığını bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı