“Azərbaycan-Rumıniya Dostluq Cəmiyyəti “ İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini maliyyə dəstəyi ilə “Azərbaycan-Rumıniya tarixi, mədəni əlaqələrin gənclər arasında təşviqi ” adlı layihə çərçivəsində tədbirlər təşkil edib.
Modern.az xəbər verir ki, layihənin məqsədi Rumıniyanın Azərbaycanda təbliği istiqamətində daha bir addım atmaq, zəngin Rumın müasir tarixinin tanınmasına xidmət göstərmək mühüm töhfə verməkdir.
Layihənin reallaşdırılması Azərbaycanlı gənclərinin yaradıcılıq ünsiyyətinə kömək edib, gənclərin intellektual səviyyəsini və düşüncə tərzini nümayiş etdirib.
Layihənin reallaşması Azərbaycan auditoriyasında Rumıniya xalqı və müasir rumın mədəniyyəti və tarixi barədə əyani təsəvvür yaradıb. Azərbaycan gəncləri tədbir zamanı Rumın ədəbiyyatının klassiki, görkəmli şair Mihay Emineskunun şeirlərinə çəkilmiş rəsm əsərlərinin sərgisi ilə tanış olub düşüncə tərzi, yaradıcılıq üslubları haqqında ətraflı məlumat əldə ediblər.
Tədbirdə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare və digər qonaqlar iştirak edib.