Özbəkistan ən böyük 10 pambıq istehsalçısının sırasına daxil olub.
Modern.az beynəlxalq statistikaya istinadən xəbər verir ki, Çin 7,7 milyon ton pambıq istehsalı ilə qlobal ümumi istehsalın təxminən 29%-nə sahibdir.
Ölkə həmçinin güclü tekstil sektoru sayəsində ən böyük pambıq istehlakçısı olaraq qalır.
Sıralamada növbəti pillələrdə Hindistan (5,1 milyon ton), Braziliya (4,2 milyon ton), ABŞ (3 milyon ton), Pakistan (1,1 milyon ton), Avstraliya (1 milyon ton), Türkiyə (700 min ton), Özbəkistan (600 min ton), Argentina (300 min ton) və Avropa İttifaqı (300 min ton) yer alıb.