Modern.az

Gəncə Dövlət Universitetində dəyirmi masa - FOTOLAR

Gəncə Dövlət Universitetində dəyirmi masa - FOTOLAR

Aktual

Bu gün, 10:18

Gəncə Dövlət Universitetində “Korrupsiya ilə mübarizə dövlətin prioritet siyasətidir” adlı dəyirmi masa keçirilib.

Modern.az xəbər verir ki, universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək bildirib ki, müstəqillikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan korrupsiyaya qarşı mübarizə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.  Bunun  nəticəsində bu sahədə mübarizənin hüquqi bazası möhkəmləndirilib, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması, hesabatlılığın artırılması və ictimai nəzarətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi, 1-ci dərəcəli hüquqşünas Yasin Məmmədli  “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” adlı məruzəsində  korrupsiyanın cəmiyyətin istənilən sahəsində inkişafa mane olan əsas amillərdən biri olduğunu qeyd edib. Bu kimi mənfi halların yalnız iqtisadiyyat və sosial həyat üçün deyil, eyni zamanda dövlətin imici və beynəlxalq nüfuzu üçün də təhlükə yaratdığını diqqətə çatdırıb.

Tədbirdə Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxışında korrupsiyanın hüquqi, demokratik dövlət quruculuğu prosesinə zərbə vurmaqla yanaşı, milli və ümumbəşəri dəyərləri də sarsıtdığını, cəmiyyətin mütərəqqi inkişafını ləngitdiyini vurğulayıb.

Gəncə Dövlət Universitetinin baş hüquqşünası Günay Şirinova “Korrupsiyaya qarşı mübarizə siyasəti” adlı məruzəsində  ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamların və qanunların əhəmiyyətindən danışıb.

Tədbirdə Universitetin Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Müasir mərhələdə korrupsiyaya qarşı mübarizə dövlətin mühüm siyasətidir”, kafedranın müəllimi Ramin Əliyevin “Korrupsiyaya qarşı mübarizənin hüquqi əsasları” adlı geniş məruzələri dinlənilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya bu ölkəyə qarşı HÜCUMA BAŞLADI: NATO qoşunları hərəkətə keçdi