Modern.az

Tramp telefonda Qalibafın üstünə QIŞQIRIB

Tramp telefonda Qalibafın üstünə QIŞQIRIB

Aktual

Bu gün, 15:50

ABŞ prezidenti Donald Tramp bir neçə gün öncə İslamabadda Ağ Ev nümayəndələrilə danışıq aparan iranlıların üstünə qışqırıb. Tramp iranlılarla telefon danışığı zamanı səsini qaldırıb və qışqırmaqdan hətta səsi də batıb.

Modern.az-ın məlumatına görə, bu barədə “Fox News” telekanalının efirində amerikalı senator Lindsi Qrem bildirib.

“Bir neçə gün əvvəl o, iranlılarla telefonla danışırdı və söhbət kifayət qədər gərgin xarakter aldı. Hətta o həddə çatdı ki, prezident Tramp iranlılara oyunları davam etdirsələr, nə baş verəcəyi barədə yüksək səslə xəbərdarlıq etdi. Onun səsi tutuldu. Mən həmin iranlının yerində olmaq istəməzdim”, — deyə Qrem bildirib.

Senator etiraf edib ki, prezidentin danışıqlarda şəxsən iştirak etməsi onun üçün gözlənilməz olub.

Lakin senator Lindsi Qrem Donlad Trampın İran tərəfinfən kiminlə danışdığını və kimin üstünə qışqırdığını söyləməyib. 

Ehtimal olunur ki, Trampın danışdığı şəxs İslamadda İran nümayəndə heyətinə rəhbərlik etmiş parlament sədri Məhəmməd Baqir Qalibaf olub.

Xatırladaq ki, ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar aprelin 11-də İslamabadda baş tutub və demək olar ki, bir sutka - 21 saat davam edib. Amerika nümayəndə heyətinə vitse-prezident Cey Di Vens rəhbərlik edib, İranı isə parlament sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Araqçi təmsil ediblər.

Görüş konkret razılaşmalarla nəticələnməsə də, nə Vaşinqton, nə də Tehran danışıqlar prosesindən çıxıb. Vens İranla danışıqlarda “əhəmiyyətli irəliləyiş” olduğunu bildirib.

“Reuters” agentliyi xəbər verib ki, İran və ABŞ nümayəndə heyətləri bu həftə Pakistanda yeni danışıqlar raundu üçün yenidən toplaşa bilər.

“Axios”un mənbələrinə görə, tərəflər çərçivə sazişinin bağlanmasına yaxınlaşa biliblər.

İslam Respublikası ilə ABŞ arasında sazişin bağlanmasına əsas maneə uranın zənginləşdirilməsi məsələsidir. Əvvəllər Vaşinqton İranın uranı tamamilə zənginləşdirməsini qadağan etməyi tələb edirdisə, danışıqlar zamanı 20 illik moratorium təklif edib. İran isə bu müddətlə razılaşmayaraq onun 5 ilə endirilməsini istəyib ki, bu da Ağ Evi qane etmir.

“Politico”nun mənbələrinə görə, Tramp sülh əldə etmək naminə İranla kompromislərə getməyə hazırdır, çünki “bunun bitməsini çox istəyir”. Bununla belə, ABŞ Tehrana təzyiq göstərmək üçün İran dəniz limanlarına təşkil olunmuş blokadasını davam etdirməyi planlaşdırır.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?