Modern.az

Masallıda narkotik anbarı aşkarlandı

Masallıda narkotik anbarı aşkarlandı

Aktual

Bu gün, 11:22

Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb.

Modern.az xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı 25 yaşlı İbrahim Əliyev və 35 yaşlı Vüqar Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV