Modern.az

Liderlərdən İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Liderlərdən İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Aktual

Bu gün, 13:50

Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Modern.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Sizi və bütün xalqınızı Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edim. Sizə və ölkənizə davamlı rifah, sülh və təhlükəsizlik arzulayıram.

Litva ilə Azərbaycanı uzunmüddətli dostluq münasibətləri birləşdirir. Qarşılıqlı faydalı sahələrdə ikitərəfli dialoqumuzu ardıcıl şəkildə gücləndirməyə sadiqik. Əminəm ki, siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da inkişaf etdirilməsi ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirəcək və xalqlarımıza fayda verəcək.

Qəti şəkildə inanıram ki, ortaq tarixi təcrübələrlə, suverenliyə və azadlığa birgə hörmətlə çoxtərəfli səviyyədə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik. Şübhəsiz ki, Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı etimada və konstruktiv tərəfdaşlığa əsaslanan dialoq daha da güclənəcək və xalqlarımızın rifahına töhfə verəcək.

Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərdə müsbət dinamika dialoqa və sülhə möhkəm sadiqliyinizi nümayiş etdirir. Bu prosesin davam etdirilməsi Cənubi Qafqaz regionunun təhlükəsizliyi və rifahı ilə yanaşı, regionun hüdudlarından kənarda sülhə də mühüm töhfə verir.

Cənab Prezident, milli bayramınız münasibətilə Sizi və xalqınızı bir daha təbrik edirəm. Ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlamini Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Əlahəzrət Kral III Msvati, Kraliça Ana, Esvatini Krallığının Hökuməti və xalqı adından Azərbaycan Respublikanın Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırıram.

Esvatini Krallığı Azərbaycanın inkişaf yolunda əldə etdiyi irəliləyişi, beynəlxalq miqyasda mövqeyini, xalqın iradəsini, mətanətini təqdir edir.

Zati-aliləri, Sizin rəhbərliyinizlə Azərbaycan getdikcə daha da artan, qlobal əhəmiyyətə malik mövqeyə yüksəlmişdir və xalqınızın öz ölkəsinin nailiyyətləri ilə fəxr etmək üçün hər bir əsası vardır. Esvatini Krallığı ölkələrimiz arasında mövcud olan çox səmimi dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirir və xalqlarımızın rifahı naminə qarşıdakı illərdə bu münasibətləri daha da möhkəmləndirmək niyyətindədir.

Bu əlamətdar bayram münasibətilə Zati-alinizə möhkəm cansağlığı və uğurlar, qardaş Azərbaycan xalqına isə davamlı sülh və rifah diləyirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV