Modern.az

Azərbaycanın dəstəyi Ukraynanın qışı keçirməsinə kömək etdi

Azərbaycanın dəstəyi Ukraynanın qışı keçirməsinə kömək etdi

Aktual

Bu gün, 14:55

Azərbaycanın enerji sahəsində göstərdiyi dəstək Ukraynanın ötən qış dövründə enerji dayanıqlığını qorumaqda mühüm rol oynayıb.

Modern.az xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini və energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan ötən qışın ən çətin dövründə Ukraynaya generatorlar, transformatorlar, kabel məhsulları və digər həyati əhəmiyyətli avadanlıqların tədarükünü təmin edib.

“Azərbaycan ötən qışın ən çətin dövründə dayanıqlığımıza mühüm töhfə verdi. Bu dəstək qışı keçirməyimizə kömək etdi və hazırda bizi qarşıdakı qış mövsümünə hazırlayır”, – deyə Şmıqal vurğulayıb.

Nazir qeyd edib ki, genişmiqyaslı müharibənin başlanmasından indiyədək Azərbaycan Ukrayna üçün ümumilikdə 11 enerji dəstəyi paketi elan edib.

Şmıqal göstərilən dəstəyə görə Prezident İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova təşəkkür edib.

Onun sözlərinə görə, tərəflər arasında həmrəylik və ortaq maraqlar əməkdaşlığın əsasını təşkil etməyə davam edir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV