Modern.az

Ödənişli yollar motosikletlər üçün də pullu oldu - Qiymətlər

Ödənişli yollar motosikletlər üçün də pullu oldu - Qiymətlər

Aktual

Bu gün, 15:28

Ödənişli avtomobil yollarında motosikletlər üçün yeni tariflər müəyyənləşdirilib

Tarif Şurasından Modern.az-a verilən məlumata görə, bu gün keçirilən iclasda avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.

Bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV