Modern.az

Samuxda Uşaqlar Gününü qeyd edilib - FOTOLAR

Samuxda Uşaqlar Gününü qeyd edilib - FOTOLAR

Aktual

Bu gün, 16:34

Samuxda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Xoşbəxt Olsun Uşaqlar” adlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbir Samux Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və YAP Samux rayon təşkilatının birgə təşkilatçılığı ilə Sərkar kənd Uşaq Musiqi Məktəbinin akt zalında keçirilib.

Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, şəhid övladları, Sərkar Uşaq Musiqi Məktəbinin “Şur” instrumental ansamblı, uşaqlar, məktəbin müəllim kollektivi, şagirdlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. O, Ümummilli Lider Heydər Əliyevin uşaqlara daim böyük diqqət və qayğı ilə yanaşdığını, onların ölkənin gələcəyi kimi qiymətləndirildiyini qeyd edib. Bildirib ki, Ulu Öndərin müəyyən etdiyi dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Firdovsi Əliyev eyni zamanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqların rifahı, təhsili, sağlamlığı və hərtərəfli inkişafı istiqamətində həyata keçirdiyi layihələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, ölkəmizdə uşaqların hüquqlarının qorunması, sağlam vətəndaş kimi formalaşması, keyfiyyətli təhsil alması və hərtərəfli inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Firdovsi Əliyev şəhid övladlarına göstərilən diqqət və qayğının daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayaraq, bütün uşaqlara sağlamlıq, xoşbəxtlik və uğurlu gələcək arzulayıb.

Tədbir Sərkar Uşaq Musiqi Məktəbinin “Şur” instrumental ansamblının hazırladığı rəngarəng konsert proqramı ilə davam edib. Ansamblın ifasında təqdim olunan musiqi nömrələri və rəqslər tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirin sonunda şəhid övladlarına hədiyyələr təqdim olunub. Uşaqların sevinc və fərəh dolu anları ilə yadda qalan tədbir xoş əhval-ruhiyyə şəraitində başa çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV