İran Livan və Qəzzada vəziyyətin gərginləşməsi fonunda ABŞ ilə vasitəçilər üzərindən aparılan mesaj mübadiləsini və danışıqları dayandırmaq qərarı verib.
Modern.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, Tehran qərarı İsrailin Livandakı əməliyyatlarının davam etməsi və atəşkəs şərtlərinin pozulması ilə əsaslandırıb.
Bildirilib ki, İran rəsmiləri Livanın atəşkəs üçün ilkin şərtlərdən biri olduğunu vurğulayaraq, hazırda bu razılaşmanın müxtəlif istiqamətlərdə, o cümlədən Livanda pozulduğunu qeyd ediblər.
Məlumatda həmçinin vurğulanıb ki, İran tərəfi Qəzza və Livanda İsrail ordusunun hərbi əməliyyatlarının dərhal dayandırılmasını və Livan ərazilərindən tam geri çəkilməsini tələb edir.
Tasnim-in məlumatına görə, İran və “müqavimət oxu” qüvvələri Hörmüz boğazının bağlanması və digər istiqamətlərdə, o cümlədən Bab əl-Məndəb boğazında yeni addımların nəzərdən keçirildiyini bildiriblər.
Qeyd olunub ki, Tehran öz tələbləri yerinə yetirilməyənədək danışıqların bərpa olunmasını nəzərdə tutmur.