Modern.az

Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi - FOTO

Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi - FOTO

Aktual

4 İyun 2026, 12:54

Ukraynada azərbaycanlı Gündüz Məmmədov bu ölkənin Silahlı Qüvvələrinin Hərbi Hüquq-Mühafizə Xidmətinin rəis müavini təyin edilib.

Modern.az "Report"a istinadən xəbər verir ki, bu barədə əmri Ukrayna müdafiə naziri Mixaylo Fedorov imzalayıb.

G.Məmmədov əslən Azərbaycanın Gəncə şəhərindəndir. O, uzun müddət Ukrayna prokurorluq orqanlarında işləyib. 2014-cü ilin iyulundan Odessanın prokuroru, 2015-ci ilin dekabrından Odessa vilayəti prokurorunun müavini postunu tutub.

Ukrayna hökuməti tərəfindən 2016-cı il avqustun 22-də Krım Muxtar Respublikasının prokuroru təyin edilib.

2019-21-ci illərdə Ukrayna baş prokurorunun müavini olub.

Azərbaycanlıya Ukraynada yüksək vəzifə verildi - FOTO

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...