Modern.az

Bazar dəyəri 1 trilyon dolları keçdi

Bazar dəyəri 1 trilyon dolları keçdi

Dünya

6 May 2026, 12:18

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics” şirkətinin bazar dəyəri 1 trilyon dolları keçib.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, şirkətin səhmlərinin kəskin bahalaşması süni intellekt sistemləri üçün istifadə olunan çiplərə artan tələbatla əlaqədardır. Ticarət sessiyası zamanı “Samsung” səhmləri 13 faizə qədər yüksəlib.

Məlumata görə, dünyanın ən böyük NAND və DRAM yaddaş çipi istehsalçısı olan “Samsung Electronics”in səhmləri son bir ildə dörd dəfədən çox artıb.

Bununla da “Samsung” bazar kapitallaşması 1 trilyon dolları ötən ikinci Asiya şirkəti olub. Bu göstəriciyə daha əvvəl yalnız Tayvanın yarımkeçirici istehsalçısı olan “TSMC” nail olmuşdu.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?